Təyyarədə hamı bir-birinin sağ qalması üçün çalışıb - Önə çağırılan həmin 20 nəfər....
29 Dekabr 2024

21092
Ölümlə ilk dəfə üz-üzə gələndə anama bərk-bərk sarıldığımı xatırlayıram. Dəm qazından boğulmuşdum, gözlərim hər yeri qaranlıq görürdü. Anamı o zülmətin içində neçə tapmışdım, açığı, bilmirəm. Mən anama, anam isə Allaha yalvarırdı...
Reanimasiyada gözüm aydın görəndə, anama artıq göz aydınlığı verilirdi. Həkim dedi ki, xəstəxanaya zamanında çatdırılmısan, anan namaz üstündəymiş... İşə bax, namazın da tərsoxunuşu zamandır...
Nə yalan deyim, anam nə qədər sağdır, ölümdən qorxuram...
Mənə 13 il əvvəlki bu hadisəni 13 yaşında təyyarə qəzasında həlak olan Məhəmmədəlinin ölümü xatırladır. Qroznıya tək uçurmuş.
Yaşından asılı olmayaraq, o təyyarədə olan hər kəs qorxub, bu, şübhəsizdir. Amma 50-60 yaşında olan birinin qorxunun öhdəsindən gəlməsi ilə Məhəmmədəlininki eyni deyildi. Bəs, görəsən, o qorxduğu anda hava gəmisində kimə sarılıb? Onu bağrına basıb sakitləşdirən, tanımadığı uşağa analıq edən kim olub? Demirəm ha, analıq edən olubmu? Deyirəm, kim olub?..
Normalda belə durumlarda hamı öz canı hayında olur. Amma göyərtədə çəkilmiş 3-5 kadrı birləşdirəndə görürsən ki, heç də belə deyil, təyyarədə hamı bir-birinin həyatda qalması üçün çalışıb. Qəhrəman pilotdan tutmuş, bələdçi Hökümədən və onun çağırışına uyğun tarazlığı saxlamaq üçün ön sıraya gələn 20 nəfərədək...
Guya o 20 nəfər bilmirdi ki, təyyarə yerə dəyəndə birinci ön hissə parçalanacaq? Qəhrəmanlıq göstərib 30-cı sıradan sonra əyləşib həlak olanların bəlkə də tək məqsədi elə Məhəmmədəlini qorumaq idi...
Mütəxəssislərin də dediyi kimi, təyyarə bütöv şəkildə yerə dəysə idi, oradan sağ çıxan olmayacaqdı. Ya ön təkəri seçməli idilər, ya da arxa.
Pilot öz həyatı hesabına ön təkəri seçib 29 nəfərin sağ qalmasında böyük qəhrəmanlıq, sərnişinlərdən birinin ölümünə hazırlaşıb Kəlmeyi-Şəhadət gətirdiyi anda digər tərəfdə “Hər şey yaxşı olacaq” deyən bələdçi isə peşəkarlıq nümunəsi göstərdi.
Bir az sonra təyyarə qəzaya uğrayacaq, Hökümə yenə də o mədəniyyətini qoruyur, müraciətində “Hörmətli sərnişinlər!” deyir. Bir az sonra bütün dünya bu qəzadan danışacaq, Hökümə yenə də sərnişinlərə dəhlizdə durmağın onların həyatı üçün təhlükəli olduğunu bildirir.
O titrək səsiylə “Hamı kəmərləri bağlasın” deyir...
Bu qızın, o kapitanın ürəyinin böyüklüyü təyyarəni vuranların ölkəsindən çox-çox böyük imiş...
Emin Səfərov / Qafqazinfo.az
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Xəbər Lenti
Alyona Əliyeva paylaşım etdi - Foto
20.04.2025
Toy görüntüləri müzakirə olunan gəlin danışdı - Buna səbəbə görə Murtuza ilə evlənib - Video
15.04.2025
Mərhum bəstəkar Nailə Mirməmmədlinin qızının toyudur - Foto
14.04.2025
İllər əvvəl boşanan müğənni subay oğlanla ailə qurubmuş - Təklif ondan gəldi - Foto
13.04.2025
Prezidentin nəvələri ilə görüntüləri maraqla qarşılandı - Foto
12.04.2025
Kişi üzünü görmədiyi tiktokçu qadına 500 manat göndərdi, həqiqəti biləndə şok oldu - Foto
11.04.2025
Afərin! Repetitor yanına getmədən 300 bal topladı - Foto
10.04.2025
"Space"də ərinə başqa kişi ilə xəyanət etdiyini dedi, biabırçılıq yaşandı: Müğənnidən şok etiraf
10.04.2025
İçində 80 min olan pul çantasını itirdi - Azərbaycanlı müğənniyə şok
07.04.2025
Aylıq 70 min qazanıram deyən Aysundan şok sözlər: Evim səviyyəli yerdədir
06.04.2025
Redaktor seçimi
"Əsas zahiri görünüşdür, qadın 30 yaşı keçdisə onu..." - Aparıcı görün nələr danışdı
20.09.2024
O müğənni azərbaycanlı məşhurun gəlini imiş - Foto
09.09.2024
Zaur Günaya ad günündə belə romantik sürpriz etdi - Video
08.09.2024
Maaşları 43% artırılıb, iki mislində də əlavə edilib - Yeni deputatlar bu qədər məvacib alacaq
07.09.2024
Şuşada 32 ildən sonra keçirilən ilk toydan fotolar
07.09.2024
Hidayət Heydərova lüks hədiyyə verildi - Foto
03.09.2024
Saatı 37 min, geyimi 24 min olan azərbaycanlı məşhurlar – VİDEO
19.08.2024
Film kimi həyat hekayəsi: 40 il əvvəl boşandığı ərini qocalar evində tapdı - VİDEO
12.08.2024
Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO
19.07.2024
Dostunu bıçaqladı, həyat yoldaşı onu tərk etdi: Meyxana kralını hönkür-hönkür ağladan nə idi? - FOTO
12.07.2024