“Təsadüf nəticəsində bildik ki, xanımım hamilədir” - Sevdanın əri efirdə danışdı

31 Mart 2024
66087c8cd441f202403245644
1652

"15 kilo çəki atmışam. Amma 10 kilo da atmalıyam. Ümumi olaraq isə hamiləlik zamanı 25 kiloqram kökəlmişdim". 

Show.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu "Zaurla Günyadın" verilişində deyib. 

Proqramda sənətçinin həkim-genetik əri Zakir Bayramov "Məndə 30 kiloqrama qədər çəki atmışam" sözlərini dilə gətirib. 
Daha sonra Zakir dünyaya gələn ikinci qızlarından - Aidadan söz açıb: 
"Sevdanın hamiləliyi arda-arda oldu. Uşaqlarımızın arasında 3 ay fərq oldu. Biz ikinci övladımızın 2 il sonra dünyaya gələcəyini planlaşdırırdıq. Çox təsadüf nəticəsində bildik ki, Sevda hamilədir. İstədik ki, onların "pampers" dövrü bir yerdə bitsin. Mənim "qız və ya oğlan uşağım dünyaya gəlsin" kimi bir istəyim heç zaman olmayıb. Sevda ilə tanış olmamışdan əvvəl iş yoldaşlarımla danışanda hər zaman deyirdim ki, istəyirəm 5 qızım olsun". 
Ərinin bu sözlərinə Sevda "Amma indi Zakir artıq istəmir (gülür). Çünki iki dənə qız övladı bəs edir. Onlara baxmaq çox çətindir. Evdə dayə olmasına baxmayaraq, uşaqlarımın məsuliyyətinin 80 faizi mənim üzərimdədir. Zakir deyir ki, "sən belə getsən, tez qocalacaqsan. Burax uşaqlar özləri böyüsünlər" fikirlərini səsləndirib. 

Qeyd edək ki, cütlüyün Ayladan savayı Aida adlı da qız övladı var.