“Təranə həbsxanadan mənə zəng edib kömək istədi” - Keçmiş arvadı Kərimə nə deyib?

26 Sentyabr 2024
66f50a750d29f202409241709
821

“Təranə Səmədova mənə çox haqsızlıqlar edib".

Bunu müğənni Kərim Abbasov “Rəngarəng” verilişində deyib.

O, hazırda həbsdə olan keçmiş arvadı Təranə Səmədovadan söz açıb: 

"Şamaxıda ailəliklə istirahətdə idik. Yemək yeyirdik, mənə zəng gəldi. Təranədən idi. Onun səsini mikrofona qoydum. Yanımda xanımım Təranə və uşağım Yusif vardı. O telefonda ağlayırdı. Dedi ki, heç kimim yoxdur, tən təkəm, bircə sənə etibar edə bilərəm. Yanıma gəl. Məndə ona o yardım etdim.

Ailəm dedi ki ki, o təkdir, gözü yoldadır. İsrar etdilər. Buna görə həbsxanaya, Təranəyə yardım apardım. Allah qapısını açsın. Mən Təranənin yanında getmişəm, yenə də gedəcəyəm". / olay.az