Tələbə qızı öldürən qrup yoldaşıdır? - Ölümündən bir gün sonra qatil… - Təfərrüat

16 May 2024
6645bf2f93c7f202405240919
1937

22 yaşlı Könül Ağayevanın qəsdən öldürülməsində şübhəli bilinən Elvin İsmayılzadənin görüntüləri yayılıb.

Show.az xəbər verir ki, görüntüləri Baku TV yayıb.

Qeyd edək ki, təxminən 70 gün əvvəl itkin düşmüş 22 yaşlı Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən olunub. Meyiti tapılan qadın Cəlilabad rayonu, Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır. 

K.Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi olub.

    Sözügedən kadrları təqdim edirik:

    ***

    2 aydır itkin düşən 4-cü kurs tələbəsi Könül Ağayevanın qətlində şübhəli bilinərək saxlanılan şəxs onun qrup yoldaşı deyil.

    Bu barədə metbuat.az-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialından bildirilib. Qeyd edilib ki, saxlanılan Elvin İsmayılzadə ümumiyyətlə universitetin tələbəsi deyil.

    Xatırladaq ki, ötən gün müxtəlif mənbələrdə Könül Ağayevanın qrup yoldaşı tərəfindən öldürülməsinə dair iddialar yayılmışdı.

    Qeyd edək ki, Lənkəran rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində cari ilin mart ayında itkin düşmüş Cəlilabad rayon sakini, 2002-ci il təvəllüdlü Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən edilib.

    Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

    Elvin İsmayılzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

    ***

    Lənkəranda iki ay əvvəl itkin düşmüş qadının meyiti tapılıb. Onun Cəlilabad rayon sakini olduğu və qətlə yetirildiyi bildirilir.

    Qonşular iddia edir ki, qətl törədilən ev iki nəfər tələbəyə kirayə verilib və meyiti tapılan qadın da onlarla birlikdə qalıb.

    Bildirilir ki, Könül Ağayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının" 4 - cü kurs tələbəsi olub.

    Cəlilabaddakı qonşularının bildirdiyinə görə, Könül Ağayeva dünən axşam saatlarında doğulduğu Muğan kəndində dəfn olunub. Məlumata görə, Könül Ağayeva iki aydan çoxdur ki, axtarılırdı. Qonşular Ağayevlər ailəsinin problemsiz və yaxşı insanlar olduqlarını söyləyiblər.

    Qeyd edək ki, faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. / Xezerxeber.az