Təkcə öz həyatıma görə deyil, bütün sərnişinlərin həyatına görə məsuliyyət daşıyıram - Mərhum pilotun sözləri

29 Dekabr 2024
676ee3ced8ba7202412242846
935

“Atam böyük qəlbi olan, hər zaman öz işinə sadiq insan idi. O, çox təcrübəli pilot idi. İşlədiyi dövr ərzində sübuta yetirib ki, onun üçün ən əsas məsələ sərnişinlərin təhlükəsizliyi olub. Bu barədə Qazaxıstanda qəzaya uğrayan AZAL-ın sərnişin təyyarəsinin kapitanı İqor Kşnyakin qızı Anastasiya Kşnyakin vida mərasimində bildirib.

“Atam hər zaman deyirdi ki, mən havaya qalxanda təkcə öz həyatıma görə deyil, həm də bütün sərnişinlərin, ekipaj üzvlərinin həyatına görə məsuliyyət daşıyıram. Qəzanın baş verdiyi zaman atam sərnişinlərin sağ-salamat ailələrinə qayıtması üçün əlindən gələni edib. Atam prakiti baxımdan mümkünsüzü reallaşdırdı. Atam son uçuşu ilə bütün dünyaya necə qəhrəman olmaq olar onu göstərdi.

Atam çox gülərüz, həyat dolu insan idi. Həmişə deyərdi, hər bir insan işini məsuliyyətlə və sevgi ilə yerinə yetirməlidir. Səninlə fəxr edirik və səni unutmayacağıq!”, – deyə qeyd edib. / Teleqraf.com