Tanınmış türkiyəli aktrisa "Yaşayan ən gözəl qadın" seçildi - FOTOLAR

25 İyun 2024
667ab0329ccf5202406245530
2305

Dünyaca məşhur sorğu platformalarından olan "The Netizens Report" jurnalı keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.

Nəticələrə əsasən, məşhur türkiyəli aktrisa Sıla Türkoğlu "2024-cü ilin yaşayan ən gözəl qadını" seçilib. Türkiyəli müğənni Halil İbrahim Ceylan isə "2024-cü ilin yaşayan ən yaraşıqlı türk kişisi" adını qazanıb.

"Yaşayan ən yaraşıqlı kişi" isə Çindən olan aktyor Zhang Zhehan seçilib.

Səsvermədə çinli aktrisa Dilraba Dilmurat ikinci, məşhur aktrisa Hande Erçel isə üçüncü olub.