Tanınmış müğənni həbsxanada etdiyi toyundan danışdı - Gələn toyum dəlixanada olacaq

02 Oktyabr 2024
66fcbf2eb3645202410243406
360

Müğənni Əminə Şirin toyunun həbsxanada olmasından danışıb.

Bu haqda Əminə "Qapqara" yutub layihəsində danışıb. O, aktyor Kamran Ağabalayevin "Səbə nə idi" sualına belə reaksiya verib:

"Bunun səbəbi olur? Niyə bu, insanları təəccübləndirir? Gözləməyə qalsaydı gərək onu 7 il gözləyərdim. Adam təklif etdi, mən də qəbul etdim. Toy maraqlı keçdi, rəsmi nikah, kəbin oldu. Gözümü heç nə bağlamamışdı, açıq gözlə getdim. Mənim üçün normaldır. Deyirlər, getdi orada ailə qurdu. Nədi? Camaat deyir, sevəndə sənin üçün dünyanın o başına gedərəm... Yenə olsa, yenə də edərəm. Gələn toyum dəlixanada olacaq". / Axşam.az