"Tanıdığım ailəli qadınların etdiklərini biləndə dünya başıma fırlanır”

15 Noyabr 2024
674032f23b3ff202411242954
117

Aparıcı Vüsalə Əlizadə açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bu açıqlamanı televiziya ulduzu instaqram səhifəsində izləyicilərin suallarını cavablandırarkən verib.

Onlardan birinin “Geyimlərinizə ailə üzvləri tərəfindən müdaxilə olunur?” sualına Vüsalə belə münasibət bildirib:

“O yaşı çoxdan keçmişəm. Çox kiçik yaşlarımdan gözünüzün önündəyəm, hər zaman fərqli geyimlərdə görünmüşəm. Həddimi və özgüvənimi, əxlaqımı bilib davranmışam. Geyim mövzusunda bir söz deyim. Əxlaq, tərbiyə - qadının geyimi yox, o geyimdə özünü necə aparmağıdır. Hansı ki, bu belə mənim üçün müzakirə mövzusu deyil. Tanıdığım elə ailəli, qapalı qadınlar var ki, etdiklərini görəndə, biləndə dünya başıma fırlanır”. / Olay.az