Tacir Şahmaroğlunun qohumu imtahandan keçə bilmədiyi üçün canına qəsd edib - Özü danışdı

03 İyun 2024
665dd697dbc7b202406244335
2358

İmtahandan keçə bilmədiyinə görə intihar edən abituriyent müğənni Tacir Şahmalıoğlunun qohumudur.

Show.az bildirir ki, bu barədə Qaynarinfo-ya sənətçinin özü məlumat verib.

Müğənni abituriyentin qardaşının qaynı oğlu olduğunu vurğulayıb:

"Dünəndən yasdayıq. Allah kiməsə göstərməsin, ağır dərddir. 17 yaşında, boy-buxunlu övlad, heyif belə bir uşaqdan. Gələn il qəbul olardı, nə olacaqdı ki?" 

Qeyd edək ki, Bakının Günəşli qəsəbəsində imtahandan keçə bilməyən şagird intihar edib.