Azərbaycanlı məşhur hamıya subay olduğunu deyirdi - 17 yaşlı qızı olduğu üzə çıxdı - FOTO

29 May 2024
6656d04c8b0ae202405245052
2794

Aşıq Namiq Fərhadoğlu "Ay Zaur"da etdiyi açıqlama ilə hər kəsi təəccübləndirib.

Show.az xəbər verir ki, Namiq verlişdə vaxtı ilə evli olduğunu və bu izdivacdan 17 yaşında qızı olduğunu bildirib. O, bunu efirdə ilk dəfə açıqladığını qeyd edib. 

Aşıq 22 yaşında sevdiyi xanımla ailə qursa da, bu evliliyin cəmi 1 il çəkdiyini deyib. Səbəb kimi, sonradan həyat yoldaşı ilə xasiyyətlərinin uyğun gəlmədiyini, onun hədsiz qısqanc olduğunu gördüyü üçün boşanmaq qərarına gəldiyini sözlərinə əlavə edib.  

Namiq bildirib ki, bu il ailə qurmaq fikrindədir. /titul.az