"Space"də ərinə başqa kişi ilə xəyanət etdiyini dedi, biabırçılıq yaşandı: Müğənnidən şok etiraf

10 Aprel 2025
67f7aeca99135202504254306
793

"Space TV"də yayımlanan "Tarixin bir günü" verilişində efir etikası və ictimai dəyərlərlə ziddiyyət təşkil edən fikirlərin səsləndirilməsi ilə bağlı iddia sosial şəbəkələrdə ciddi narazılıqla qarşılanıb. Verilişin aparıcısı Tarix Əliyev (Tolik) qonağı müğənni Nüşabə Musayevadan xəyanət edib-etmədiyini soruşub. Qonaq isə xəyanətlə üzləşdiyini, buna cavab olaraq özü də xəyanət etdiyini açıq şəkildə və təbəssümlə dilə gətirib.

Qonağın bu davranışı haqlı və müsbət bir hərəkət kimi təqdim etməsi, aparıcının isə bu açıqlamaları daha da təfərrüatı ilə öyrənməyə çalışması müzakirələri bir qədər də alovlandırıb.

Sözügedən çıxışlar sosial şəbəkə istifadəçiləri tərəfindən ailə dəyərlərinə, ictimai əxlaq normalarına və ümumi mənəvi prinsiplərə zidd kimi qiymətləndirilib. İzləyicilər hesab edirlər ki, bu tip efir çıxışları xüsusilə gənclər üçün zərərli mesajlar verir və onların davranış modellərinə mənfi təsir göstərə bilər.

Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib ki, Azərbaycan Respublikası Audiovizual Şurasının aidiyyəti struktur bölmələri tərəfindən sözügedən fikirlərin efirdə səsləndirilməsi iddiası ilə bağlı müvafiq qaydada araşdırma aparılıb:

"Araşdırmanın nəticələrinə görə, bu il aprelin 9-da 14:45-17:00 efir vaxtında "Space TV"də yayımlanan "Tarixin bu günü" proqramında iddia olunan fikirlərin efirdə yayımlanmadığı aşkar olunub". / Milli.az