“Soyunmaq elmdir” deyən Çimnaza sərt cavab: “Yiyələrindən soruşmaq lazımdır ki…”

17 Mart 2024
65f60e5923dd5202403242545
1355

Son vaxtlar açıq-saçıq fotoları və videoları ilə gündəmə gələn tanınmış aktrisa Çiimnaz Sultanovanın “Soyunmaq bir elmdir” kəlməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Aktrisanın sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Show.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin aktrisanın açıqlamasına reaksiyası belə olub:

“Soyunmaq elm deyil. Onların yiyələrindən soruşmaq lazımdır ki, niyə bunları belə buraxırlar. Hər halda, şəxsi işləridir. Amma ağ etmək də olmaz, hər şeyin yeri var. Abır, ismət olmalıdır. İnsanlar var ki, istəyirlər, özlərini süni şəkildə gözəlləşdirsinlər. Amma Allah hansı gözəlliyi, hansı qisməti veribsə, odur. Hər halda, abırlı, ismətli olsalar, daha yaxşıdır.

Qadınşünas deyiləm. Xanımlar özləri necə soyunur, necə geyinir, özləri bilər. Harada soyunurlar, kimin yanında soyunurlar, soyunub özlərini kimə göstərirlər, deyə bilmərəm, amma belə söz işlətməklə düz etməyib”.

Qeyd edək ki, aktrisa Çimnaz Sultanova bu sözləri “Tarixin bir günü” verilişində deyib.