Sosial şəbəkələrdə çılpaq videosu yayılan direktor saxlanılıb - FOTO

18 May 2024
66483bdfe2940202405242551
2985

Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının rayon polis idarəsinə müraciəti əsasında sosial şəbəkələrdə onları təhqir edən şəxs saxlanılıb.

Show.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Qafqazinfo"ya məlumat verib. O bildirib ki, əvvəllər məhkum olunmuş, 1954-cü il təvəllüdlü, "Qayğı-1" kiçik müəssisəsinin direktoru Fəxrəddin Sultan oğlu Əskərov sosial şəbəkələrdə qeyri-etik görüntülər yaymaqla vəzifəli şəxsləri qanunsuz tikinti cəhdinin qarşısını aldıqlarına görə təhqir edib.

Polis əməkdaşları tərəfindən saxlanılan F.Əskərov barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

Qeyd edək ki, F.Əskərov sosial şəbəkədə özünün çılpaq videosunu yayaraq orada qeyri-etik ifadələrlə işçilərini təhqir və təhdid edib.

(milli.az)