Son uçuşları imiş, təqaüdə çıxacaqdı - Qəhrəman pilot barədə təsirli fakt

02 Yanvar 2025
67763d0258a63202501251514
734
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL-a məxsus təyyarənin pilotu İqor Kşnyakin iki aya təqaüdə çıxacaqdı.
Bu sözləri onun dostu Nicat Baqiyev deyib.
O bildirib ki, hadisədən bir gün əvvəl danışıblar:
“Hər şey qaydasında idi. Üç gün əvvəl görüşmüşdük. Mükəmməl bir insan idi. İşindən də çox danışmağı sevmirdi. İki aya təqaüdə çıxmalıydı, lakin bunu istəmirdi".