Simasına baxanda bilinir ki, hansı yolun yolçusudur - Afaq Aslan barədə sərt sözlər

15 Oktyabr 2024
670c26e99c6a2202410240041
717

“Onun simasına baxanda bilinir ki, hansı yolun yolçusudur”.

Bir müddət öncə müğənni Afaq Aslan müğənni Günel Məhərrəmovanı “zövqsüz müğənni” adlandırmışdı. Ardınca isə o, daha bir müsahibə verərək, Günelin xarici görkəmi ilə bağlı fikirlərini bildirmiş, onu kilolu hesab etdiyini demişdi. Hətta bildirmişdi ki, bu görünüşlə o, qabyuyan işləsə yaxşıdır...

Əvvəlcə bütün atmacaları cavabsız buraxan Günel Məhərrəmova nəhayət, danışmaq qərarına gəlib. Müğənni Tabloid.az-a müsahibəsində qarşı tərəfin atmacalarına cavab verib.

- Afaq Aslanla aranızda nə baş verir?- Fikirləşib ki, hansı yolla populyarlaşım? Hə, Günellə bağlı saytlarda müsahibə verim, bəlkə onun vasitəsilə özümü reklam edərəm. Sadəcə olaraq, özünü mənimlə reklam etmək istəyir. Sözün açığı, mən onu tanımırdım. Mənə dedilər ki, Youtube-da  onun kim olduğuna bax. Baxdım, onu gördüm, vay-vay... Müğənnilik sənətini bu qədər alçaltmaq olmaz da. Heç olmasa, tədbir görmək lazımdır ki, belə insanları efirə buraxmasınlar. Bu kimi müğənnilərin oxumağı adımıza ləkədir. Onun oxumağını dinlədim, bərbad, dəhşətə gəldim. Onun yerinə xəcalət çəkdim. O vəziyyətdə ölsəm də, efirlərə çıxmaram. Konkret olaraq demək istəyirəm ki, müğənnilik sənəti onluq deyil. Onun simasına, dodaqlarına baxanda açıq-aydın bilinir ki, hansı sənətin, yolun yolçusudur... Getsin o sənəti ilə də məşğul olsun. Yəni müğənnilik ona aid deyil.

- Niyə əvvəlcə susdunuz, sonradan danışmaq qərarına gəldiniz?

- Doğrudan, o insan mənim üçün maraqsızdır. Maraqlı olsaydı, ona vaxtında cavab verərdim. Susuram, baxıram ki, getdikcə əsəblərimə toxunur. Ona görə də indi onun dediklərini cavablandırıram. Müsahibəsində demişdi ki, Günel qabyuyana oxşayır. Getsin, qab yusun. Əzizim, məni 2004-cü ildə “Azəri star” yarışmasında 10 nəfər münsif üzvü seçib, bəyənib. Onların adlarını açıqlayıram: İlhamə Quliyeva, Amaliya Pənahova, Faiq Sücəddinov, Yalçın Rzazadə, Nisə Qasımova. Onlar məni minlərin içindən seçərək, 20-liyə salıblar. Mən də sonra xalqın dəstəyi ilə gəlib, “Azəri star”ın qalibi olmuşam. O, mənim oxuduğum klassik mahnılardan birini canlı oxusun, sonra gedib desin ki, Günel qabyuyan olsun. Mənim evimdə onun kimi iki qabyuyanım, iki paltar ütüləyənim, evimi süpürənim var. O, hələ bilmir ki, kimə sataşır. Deyəsən, məni yaxşı tanımır. Belə ucuz sözlərlə özünü reklam etməsin. Getsin, başqa işlərlə reklam olunsun. Yəni onun simasına baxanda bilinir ki, hansı yolun yolçusudur. Getsin, o yolunu da davam etdirsin. Mən heç vaxt səviyyəsiz insanlara cavab vermirəm.

Mənim köməkçilərim, dostlarım da dedilər ki, Günel, o, sənin səviyyəndə olan adam deyil. Baş qoşma, bilmir ki, özünü necə reklam etsin. Ona görə də reaksiya vermədim. İndi görürəm ki, artıq çox dərinə gedir. Birdən elə bilər ki, ondan çəkinirəm, ya qorxuram. Ondan nə çəkinirəm, nə də qorxuram. Çünki hər kəs onu da, məni də tanıyır. Onun da, mənim də səviyyəm bəllidir.

On ildir ki, səhnədəyəm. Ən çətini, klassik estrada mahnılarını ifa etməkdir. Qabiliyyəti çatırsa, Afaq həmin mahnılardan birini oxusun. O, utanmır o səslə oxuyur? Ayıbdır e... Səsi bərbaddır. Vallah, onun kimi oxuyanlardır da, çıxıb efiri zibilləyir. Sonra da ortada bizim adımız batır. / Oxu.az