Şeyxin namaz möhürü gündəm oldu – FOTO

10 Aprel 2024
66168b955b01d202404245237
3225

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Təzəpir məscidində bayram namazı qılınıb.

Show.az yenisabah.az-a istinadən bildirir ki, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.

Şeyxülislamın ibadət zamanı istifadə etdiyi namaz möhürü böyüklüyünə görə hər kəsi təəccübləndirib. Belə ki, möhür standart möhürlərdən xeyli iri olub. Görüntü sosial şəbəkələrdə paylaşılıb və müzakirə obyektinə çevrilib.

Həmin fotoları təqdim edirik: