"Sevgilim yoxdur, xalis subayam" - Vüsalə ərə getmək istəyir

19 Oktyabr 2024
67140fab08461202410245939
844
Aparıcı Vüsalə Əlizadə izləyicilərinin suallarını cavablandırıb. 
Aparıcı ona ünvanlanan "Zamanı geri qaytarsaydınız yenidən aparıcı olardınız" sualına belə cavab verib:
"O vaxt hə, amma indi olsaydı, yox".
Vüsalə ikinci dəfə ailə qurmaqla bağlı yazılanlara "Gözüm yoldadır, qulağım səsdə. Qismət, hələ ki qığılcım da yoxdur. Amma layiqli biri olacaqsa, niyə də yox. İnşallah, deyək" cavabını verib. Sevdiyim, sevgilim yoxdur. Xalis subayam
"Davamlı xoşbəxtlik deyə, bir şey yoxdur həyatda. Xoşbəxtlik andır yaşanır bitir. Ruh sabitdir, insan onu özü yaratmalıdır. Ona görə də ruhumuz gözəl olmalıdır. Həyatdan zövq almalıyıq və şükürlərimiz çox olmalıdır" deyə, Vüsalə xoşbəxt olub-olmaması haqda suala reaksya verib. / axşam.az