“Sənətləri nədirsə, geyimləri də odur” - Akif İslamzadə onları sərt tənqid etdi

05 May 2024
Akif Islamzade
555

Görkəmli müğənni Akif İslamzadə yeni açıqlaması ilə gündəmi silkələyib.

Show.az OLAY-a istinadən yazır ki, sənətkar qonaq olduğu “YouTube”da yayımlanan “Mirinin dibçəyi” verilişində bildirib ki, yerli televiziyalara baxmır.

A.İslamzadə həmkarlarının açıq-saçıq geyimlərini sərt şəkildə tənqid edib:

“Bizim televiziya kanallarına baxmıram. “Yeni il” verilişlərinə baxıram. Ona görə baxıram ki, bəlkə, orada yeni bir səs eşitdim. Mən sənətdə yeni səhifə açanı qəbul edirəm. Məsələn, illər sonra nəvə deyəcək ki, nənənin klipinə baxmaq istəyirəm. O klipdə də həmin o qadın müğənni aşağısını, baldırını göstərir, kişi ifaçısı isə köynəyinin düyməsini göbəyinə kimi açıb. Onların sənətləri nədirsə, geyimləri də odur”.