Sən demə buna görə bayağı verilişlərə çox "baxılırmış" - Görün nə edirlər - İddia

02 Noyabr 2024
6725c44c42de6202411241852
4265

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) açıqlaması ilə diqqət çəkib.

Tolik aparıcısı olduğu “Tarixin bir günü” verilişində azərbaycan tamaşaçısının reytinq qurbanı olduğunu bildirib.

O bu məsələni fikirləri ilə belə nəql edib:

“11 milyon azərbaycan xalqı bu gün “Marsa” şirkətinin yaratdığı və 900 evdə quraşdırılan cihazın (televiziya kanallarının reytinqini ölçən – red.) qurbanı olmuşuq. Hər dəfə sual verirəm siz kimsiniz? Biz sizi niyə tanımırıq? Bu kanalda çalışan bu qədər işçilər, ətrafım var və birinində evində bu cihazdan yoxdur. O cihazlar yalnız bayağı ifaçılara baxırlar və reytinqdə o qədər yüksək verir ki, bu gün bütün dünyadan Azərbaycana gələn sponsorlar düşünürlər ki, yalnız o bayağı verilişlərdə olan o bayağı ifaçılar azərbaycan mədəniyyətini idarə edir. Bu isə əsla belə deyil. Əsla! Biz reytinqin qurbanı olmamalıyıq. Biz tamaşaçılara keyfiyyətli musiqini təqdim etməliyik. Biz bir-iki ay əziyyət çəkəcəyik. Bütün kanallar bir olsa və o bayağı ifaçıları efirlərə çağırmasalar insanlar onları yaddan çıxacaqlar. Azərbaycan xalqı zəngin musiqi və dinləyici qabiliyyətinə malikdir. Bu xalq musiqini, incəsənəti və mədəniyyəti çox gözəl bilir”. / Olay.az