Səmranı məşhurların olduğu seks partisinə dəvət ediblər: Günə 4-5 min dollar təklif edilib - Foto

10 Mart 2025
67e6c3bf48e33202503254359
7026
“Miss Azerbaijan - 2019” Səmra Hüseynova həmkarı Mariya Kovalçuk adlı ukrayna vətəndaşının Dubayda ağır xəsarətlərlə (ayaqları, qolları və onurğası sınıb) yolun kənarında tapılması hadisəsinə münasibət bildirib.
Podium ulduzu bununla bağlı instaqram səhifəsində post paylaşıb.
Hüseynova bildirib ki, M. Kovalçuk kimi o da 4 il əvvəl Bakıda bu partilərə qoşulmaq üçün təklif alıb.
Səmra həmin görüşün təfərrüatlarını bu sözlərlə nəql edib:
“Ukraynalı modelə Dubayda təcüvüz olduqdan sonra iflic olub. Təsəvvür etmək istəmirəm neçə nəfər edib. 4 il əvvəl həmin bu partiləri təşkil edən Solomo adlı şəxs Dubaydan Bakıya gəldi, mənimlə iş görüşü etdi, dedilər səni seçmişik, sən artıq bir marka simasısan. Məni apardı “Sabah Residence”ə, “Port Baku”ya ki, ev götürsülər. Mən də qaraçı yapışmışdım ki, yox, kukla teatrına getmək istəyirəm. Gəldi anamla tanış oldu ki, narahat olmayın, gününə 4-5 min dollar qazandı, 2-3 aya 10-50 min dollar alacaq, həm partilərdə olacaq, həm də çəkiliş. Anam yaxasına yapışdı ki, mənə də bilet alırsız, qızımla bir evdə qalacam, dedilər yox, tək gəlməlidir, baxça deyil. 7 il əvvəl həmin şəxs mənə model agentliyi adından zəng vurmuşdu, keçmiş rəfiqəm onunla danışdı və mənə dedi ki, “Yox, getmə”. Ürəyimdə dedim, görəsən o bunlarla nə danışdı ki, bunlar mənə geri zəng etmədilər.
Anam qoymadı, özümü çırpdım yerə, vurdum divara, anam dedi “Ya mən, ya Dubay”. Təbii ki, bir neçə dövlət xidmətində çalışan insanlarla gedib maraqlandım, onlar da dedilər “sənlik deyil”. İndi isə bu hadisə… Çox incidim, parçalandım. İnsan tikan üstə olanda, borc-xərc içində üzəndə, xəyalən düşünür ki, möcüzə baş verdi. Möcüzələr isə olmur…”
Qeyd edək ki, bir neçə gün əvvəl ukraynalı model Mariya Kovalçuk Dubayda ağır xəsarətlərlə yolun kənarında tapılıb: onun ayaqları, qolları və onurğası sınıb. / Olay.az

67e6c3bf23f6e202503254359