Şəbnəm Tovuzluya avtomobil hədiyyə edən şəxs mənə... - Aşıq Zülfiyyə şok sirri açdı

14 Yanvar 2025
678ad64fdc20b202501251439
1385

Aşıq Zülfiyyə İbadova ona hədiyyə edilən 180 minlik avtomobili qəbul etməyib. 

İfaçı bu haqda "Xəzər axşamı" verilişində deyib. O bildirib ki, bir neçə gün əvvəl müğənni Şəbnəm Tovuzluya avtomobil hədiyyə edən iş xanımı bundan əvvəl ona da eyni jesti edib:

"Dedi ki, maşın istəyirəm, sən seç. Mən də o vaxt yeni çıxan bir 180 minlik maşını almaq istəyirdim. Dedim, ondan al. Sən demə, mənə ad günümə maşını hədiyyə edirmiş. Amma mən onu qəbul etmədim və məndən incidi". / Axsam.az