Roza Zərgərli qızına bahalı avtomobil aldı - FOTO

18 Mart 2024
Roza Zergerli qizi
2807

Müğənni Roza Zərgərli qızı Bənövşəyə bahalı hədiyyə alıb.

İfaçı özü kimi müğənniliyə başlayan qızına avtomobil hədiyyə edib.

Müğənni bununla bağlı yazıb: "Bir neçə ay əvvəl dəyərli qızıma maşın almaq istədik, uzun müzakirələrdən sonra axtardığımızı tapdıq. Qızım məhz bu modeli istədi. Xətasız-bəlasız sürəsən".

Əməkdaşımız bir neçə maşın satış salonlarına və avtomobil alverçilərinə zəng edərək "Changan CS 85"  markalı maşının qiyməti ilə maraqlanıb.

Mütəxəssislərin sözlərinə görə, Changan CS 85 markalı maşınlar 50 min manatdan başlayaraq 65 min manata qədər qiymətə satılır.