Roza Zərgərli bu təhsil ocağında dərs deməyə başladı - VİDEO

24 Aprel 2024
roza
4638

Məşhur müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.

Show.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib.

Müğənni Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətə başladığını bildirib.

“Mənə tez-tez deyirlər ki, niyə incəsənətin bütün qollarında özünü sınamısan? O adamlara həmişə deyirəm ki, bacarırsınızsa, siz də edin. Bakı Xoreoqrafiya Akademiyasının Sənətşünaslıq fakültəsində dərs deyirəm”, - deyə məşhur müğənni qeyd edib.