Röyanın keçmiş ərinin müraciəti gündəm oldu - VİDEO

05 Aprel 2024
660ffdf41b92e202404243444
24543

“Axşamınız xeyir, xanımlar və cənablar, Azərbaycan xalqı, rusiyalı uşaqlar, ukraynalı qardaşlar, gürcülər, taciklər özbəklər, qazaxlar və bütün postsovet məkanı. Heç vaxt danışmamışam və heç kimə açıqlama verməmişəm. Lakin bu dəfə demək istəyirəm ki, bizə görə çox məyus oluram, xüsusilə son dövrdə Moskvada “Crocus City Hall”da baş verən son olaydan sonra. Üzücüdür ki, bizimkiləri davamlı olaraq incidirlər. Demək istəyirəm ki, Emin Ağalarov, Araz bəy, biz sizinləyik. Biz istedadlı və hərtərəfli xalqıq. Heç kimi darda qoymayacağıq. Yazıq taciklər hansısa anlaşılmaz və sübut olunmayan səbəblərə görə qaçırlar. Ümumiyyətlə, müsəlmanlara, bizim dostlarımıza və qardaşlarımıza qarşı təxmin edilən hərəkətlər qətiyyən doğru deyil”.

Show.az publika-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov sosial mediada paylaşdığı videoda deyib.

İlk dəfə paylaşım edən iş adamı Moskvadakı dəhşətli terrordan sarsıldığını bildirib. O həm də Emin və Araz Ağalarovlara dəstək olub.

"Hadisələrin baş verdiyi yerdə olmamışam, lakin qaynar nöqtələrdə olan insanlardan çoxlu faktlar eşitmişəm. Emin və Araz Ağalarov, həmyerlimizsiniz, biz sizi çox sevirik, heç vaxt icazə vermərik ki, darda qalasınız, çünki biz bütövük. İndi sizə çox çətindir, Emin bəy, şəxsən sizə müraciət edirəm. Söhbət köməkdən yox, sadəcə mənəvi dəstəkdən gedir. Siz Azərbaycan üçün böyük işlər görmüsünüz.

Dünyanın hər yerində yaşayan azərbaycanlılar, sizə səslənirəm, bacarıqlı və daha güclü olun. "Crocus" günahkar deyil ki, ona hücum ediblər, bu gün "Crocus", sabah başqa bir ticarət mərkəzi ola bilər, ondan sonra başqa bir hadisə..." , - Anar Cəlilov qeyd edib.