Rövşanənin bu görüntüləri sərt tənqid edildi - Məscidin qarşısında… - FOTO

21 May 2024
66001176b5ef7202403244142
1107

Aparıcı Rövşanə Ağasəfqızının Özbəkistandan paylaşdığı fotolar müzakirə yaradıb.

Show.az olay-a istinadən bildirir ki, məscidin qarşısında şəkillər çəkdirən Ağasəfqızının pozaları bəyənilməyib. Bir izləyici "Hər şey əla. Kaş, məscidin qarşısında elə poza verməzdiniz", - deyə, şərh yazıb.  Ağəsəfqızı isə posta bu sözləri qeyd edib:

"Tarixin bir parçasındasan... 15-ci əsrin tən ortasında... Daş-divar, hava, torpaq tarixin vərəqləri... Oxumaqla deyilmiş yalnız, həm də toxunmaqla keçmişə dönmək olurmuş... Hər daşa toxunuş, bir insan ruhu duyma hissi yaşatdı mənə sanki... Burada daşlar da, canlıdır".