"Roşka" bu əməlinə görə həbs edildi

27 Noyabr 2024
6747592bce8bc202411243851
1299

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə 1996-ci il təvəllüdlü, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə saxlanılıb. Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Müvafiq qərarla R.Süleymanzadə 45 sutka inzibati qaydada həbs edilib.