Rəşad Dağlı əfv olunacaq? - AÇIQLAMA

15 May 2024
66448da87d58d202405242544
1799

Yaxın vaxtlarda növbəti əfv sərəncamının olacağı gözlənilir. Əfv Komissiyasına müraciətlər davam edir. Bəs, əfv sərəncamı ötən il həbs olunan meyxanaçı Rəşad Dağlıya şamil oluna bilər?

Vəkil Vüqar Babayev Mətbuat.az-a açıqlamasında Rəşad Dağlının əfv olunma şansının çox az olduğunu bildirib.

“Əfv haqqında əsasnamə var. Həmin əsasnaməyə görə, ağır və xüsusilə ağır cinayət törətmiş hər hansı şəxsin əfv olunması üçün ona verilmiş cəzanın mütləq şəkildə yarısını çəkmiş olmalıdır. Ona görə də, şans azdır. Amma təbii ki, bu ölkə başçısının müstəsna səlahiyyətidir. Hər şey ola bilər. Amma Əfv haqqında əsasnaməyə əsasən, qayda belədir”, - o deyib.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da qonşusu İsgəndər Mehdiyevi Lökbatan dairəsi yaxınlığında qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il azadlıqdan məhrum edilib.