"Real" Ançelotti ilə bağlı toplandı - Qərar verildi

02 Dekabr 2024
6750032b3f7d7202412242219
150

“Real Madrid” baş məşqçi olan Karlo Ançelotti ilə bağlı qərarını verib.

Ançelotti klubda onun peşəkarlığına etimad edilməməsindən məmnun deyil. “Sport”un məlumatına görə, bununla belə, klub rəhbərliyi öz ustalığını dəfələrlə sübut etmiş italyan menecerə sadiq qalmaqda qərarlıdır. İddialara görə, “Real” rəhbərliyi Karlo Ançelottini istefaya göndərməyəcək.

Qeyd edək ki, klubdakı xaosa və “El Klassiko”da “Barselona”nın “Real” üzərində 4:0 hesablı qələbəsinə baxmayaraq, Kataloniya komandası liqada xal itirdikdən sonra “Real” əzəli rəqibindən cəmi bir xal geri qalır. / Metbuat.az