“Rayondan gələnlərin əlindən Bakıda nəfəs ala bilmirik, avaralığa gəlirlər” – VİDEO

23 Mart 2024
Sonaxanim
612

Aktrisa Sonaxanım Əliyeva qalmaqallı sözləri ilə gündəmə gəlib.

Show.az xəbər verir ki, aparıcı Amil Xəlilin "Gəl danış" verilişinə qonaq olan aktrisa rayonlardan Bakıya axın edən gənclərin çoxaldığını, bu səbəbdən də artıq şəhərdə nəfəs ala bilmədiyini vurğulayıb.

Sonaxanımın bu sözləri müzakirələrə səbəb olub. Onun səsləndirdiyi fikirlər sosial mediada paylaşılaraq tənqidlərə səbəb olub.

Sözügedən görüntüləri təqdim edirik: