“Rafet istəyirdi ki, adı mənimlə hallansın” - Sonradan “zibili çıxmasın"... - Pərvin nələr danışdı

18 Noyabr 2024
673b1a8aafda9202411244426
302

Aktrisa Pərvin Abıyeva sənət fəaliyyəti ilə bağlı açıqlama verib.

Bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” proqramında danışıb. 

O bildirib ki, gələn hər təklifi dəyərləndirmir:

“Özümün kriteryalarım var. Gələn hər təklifi dəyərləndirmirəm. Ssenarinin dolğunluğu və çalışacağım insanlar mənim üçün çox önəmlidir. O demək deyil ki, bir insanla küsülüyəmsə, onunla çalışmayacağam. İşlədiyim insanın iş və insani keyfiyyəti vacibdir.Məni çox vaxt kaprizli tanıyırlar. Çox vaxt eşidirəm. Əslində mənimlə çalışan adamlar bilirlər ki, belə deyil. Niyə haqqımda belə iddialar yayıblar bilmirəm. Haqqımda o qədər iddialar var idi. Hansı ki, olmayan şeyləri yazırdılar. Onu elə bəzəyirdilər ki, bəzən özüm inanırdım. Deyirdim ki, bəlkə burada doğrudan da var. Yaxşı fikirləşim, sonradan “zibili çıxmasın”. İnsanı özündən şübhəyə salırdılar. Elə olurdu ki, çimərlikdə günəşlənəndə həmin xəbərləri oxuyurdum, başlığı oxuyub məəttəl qalırdım. Bilirdim ki, heç kim xəbərin içini açıb oxumayacaq. Oxumurdular, şərh yazırdılar. Mən çimərlikdə necə hönkür-hönkür ağlayırdımsa... Haqqımda deyilməyən söz qalmırdı. Guya videomu da çıxardılar. Halbuki mən deyildim. Ona görə nə desələr də, nə etsələr də, məni qıcıqlandırmır. Mənim malımın-mülkümün çəkilib, şəkli ilə xəbər yazılmasını sevmirəm. Hətta rəqəmi ilə qeyd etmələrini... Məni qıcıqlandırır, bununla bağlı da jurnalistlərlə mübahisələrim olub. Çünki olanı-olmayanı var. Əgər üç nəfər “xeyirli olsun” yazırsa, 50 nəfəri də yazacaq ki, haradan alıb? İstər-istəməz insandır nəfsi qala bilər. Sənətimə yenidən ağırlıq vermək istəyirəm. Başqa işlərlə də məşğulam. Özüm film çəkmək barədə düşünürəm. Türkiyədə də çox layihələrim var. Yutubda bir layihəm var idi. Özüm üçün test kimi bir neçə veriliş çəkdim. Maqazin proqramları ilə bağlı aparıcılıq təklifi çox gəlib. Heç birində alınmayıb. Sonuncu təklifdə də dekorda və digər nüanslarda mənim istədiyimin tam əksini etdilər. Alınmadı. Aparıcılıq sevdasından vaz keçmişəm. Məndən qorxurlar. Qiymət məsələsinə görə çəkinirlər. Anlamırlar ki, siz məni tanınmışlığıma görə çəkirsiniz, oradan gələn reytinqdən pul qazanmaq istəyirsiniz. Onda mən də qazanmalıyam axı. Məsəl üçün, mənə 1000-2000, 3000-5000 manat təklif edirlər, razılaşmıramsa, gedib o qiymətə tanınmayan başqa aktrisayla danışırlar. Onun da efekti olmur. Oyun baxımından yox, reklam baxımından efekti olmur. O ki qaldi Türkiyədə fəaliyyətə... Məsələn, Nəsrin Cavadzadənin müsbəti ondadır ki, o, Türkiyədə böyüyüb. Ona orada yaşamaq rahatdır. Mən orada təhsil alanda bir neçə menecerdən təklif gəldi. Sadəcə təklifdə olan bəzi maddələr məni qorxudub. Hansı ki, onların qanunlarıdır. Beş illik müqavilədir, o müddət ərzində onlar nə istəsə, onu etməlisən. Mən də azadlığıma önəm verən insanam. Tez-tez ölkəmə gedib-gəlmək istəyirəm, buna icazə vermirlər. Onların istədiyi kimi həyatını qurmalısan. Türkiyə şou-biznesindəki populyarların həyatının çoxu yalandır. Məsələn, iki məşhur sima guya sevgilidir, lakin əslində belə deyil. Biri digərini məşhur etmək üçün pul alır. Mənə o vaxt demişdilər ki, gəl, səni filankəslə sevgili edək, elə bilsinlər ki, sevgilisiniz. Rafet El Roman deyil, başqası idi. Əslində Rafet özü istəyirdi ki, adı mənimlə hallansın. Mən də söhbətdən elə çıxdım ki, alındıra bilmədi. Mən sevmirəm elə şeyləri. Əgər doğrudan münasibət varsa, üzə çıxacaq. Yalandan camaata başqa cür göstərim, pul verim ki, guya sevgiliyik... Yox”. / olay.az