Qızımın evlənmədən oğlanla yaxınlıq etməsinə razıyam, çünki... - Səmada şok sözlər

14 Sentyabr 2024
66ea83848410f202409243844
356

Baku TV-də yayımlanan "Qapqara" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayının qonağı teleaparıcı, bloger Səma Abiyeva olub. Son illərdə çox dəyişdiyini deyən bloger qeyd edib ki, valideynləri onun bu halını qəbul edə bilmir:

"Valideynlərimin böyük övladı olmuşam. Oğul olmayan ailədə böyük bacı idim. Bir müddətdən sonra başa düşdüm ki, mən ailənin həm böyük övladı, həm də oğluyam. Etirazlarım, üsyanlarım valideynlərimə qəribə gəlirdi. 35 yaşında olan Səmanı tanıya bilmirdilər. Deyirdilər ki, niyə belə rahat geyinirsən, yaxud niyə filan mövzulardan danışırsan?".

Teleaparıcı həyatının dönüş nöqtəsi hesab etdiyi hadisədən də bəhs edib:

lə effektiv edin.

"2010-cu ildə çox ağır bir hadisə yaşadım. Üzüm iflic olmuşdu. Başa düşdüm ki, mənasız yerə fədakarlıq edirəm. Fikirləşdim ki, mənim xəyalım olan, uşaqlıqdan arzusunda olduğum jurnalistlik işini görə bilməyəcəyəm. Bir ay müddətində müalicə olundum və heç kimə demədən dərman şirkətində işə başladım".

S.Abiyeva qadınla kişinin evlənmədən yaxınlıq etməsinə münasibətinin normal olduğunu deyib:

"Bəzən yazırlar ki, qızının ailə qurmadan kiminləsə yaxınlığı olmasına razı olarsan? Bəli, düzgün seçim etmək, həm də özünü tanımaq üçün bu olmalıdır. Sabah "geri yolum yoxdur, kəfənlə qayıda bilərəm" fikrinə düşməməlidir. Onda xoşbəxt olacaq. İstəməsə, heç vaxt evlənməsin. Mən nənə olum deyə övladlarım valideyn olmalı deyil".