Qətlə yetirilən polis tanınmış müğənninin dayısı oğlu imiş - FOTO

24 İyun 2024
6679435cf1847202406245852
1037

Ötən gecə Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşlarının kimliyi məlum olub.

Onlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur.

Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.

Show.az azxeber.com-a istinadən xəbər verir ki, polis kapitanı Eldəniz Məmmədov müğənni Elnar Xəlilovun dayısı oğludur.

Məlumata görə o, təzəlikcə mayor rütbəsi alıbmış.