"Qəsdən ediblər ki, təyyarə dənizə düşsün" - AZAL-ın sabiq prezidentindən sensasiyalı açıqlama
27 Dekabr 2024
575
"Sərnişin təyyarəsinin vurulması, üstəlik də vurulmuş təyyarənin ən yaxın aeoroportlar tərəfindən qəbul edilməməsi, təcili enişə icazə verilməməsi qeyri-insani hərəkət və cinayət əməlidir. Bu mənim şəxsi fikrimdir. Təbii ki, istintaq aparılacaq, təyyarənin hansı şəraitdə vurulduğu, qəzanın baş vermə səbəbləri bilinəcək, aydınlaşacaq. Mənim şəxsi fikrim budur və ilkin tədqiqatlardan da görünür ki, təyyarə Qroznı səmasında raket hücumuna məruz qalıb, vurulub. Vuranlar da başa düşüblər ki sərnişin təyyarəsini vurublar, izi itirmək üçün onu Qroznı yaxınlığındakı 5 aeroportun heç birinə qəbul etməyiblər".
Bu fikirləri Demokrat.az-a açıqlamasında AZAL-ın sabiq prezidenti Ədalət Əliyev bildirib. O qeyd edib ki, Qroznı aeroportu da daxil olmaqla nə Mahaçqala, nə Həştərxan, nə Mineralnıyı Vodı, nə də Stavropol aeroportu təyyarəni qəbul edib:
"Pilotlarla dispetçerin danışıqları var. Pilot deyir idarəetməni itirmişik, amma dispetçer təyyarənin enişinə icazə vermir. Bunu bilərəkdən, qəsdən ediblər ki, təyyarə dənizə düşsün, iz itsin. Qəhrəman pilotlarımız qəzalı təyyarəni ən ağır şəraitdə 1 saata yaxın idarə edib Xəzər dənizi üzərindən Qazaxıstana – Aktauya yönəldiblər. Hesab edirəm ki, AZAL şirkəti və Azərbaycan dövləti Beynəlxalq Mülki Aviasiya Təşkilatı qarşısında vəsatət qaldırmalı, Rusiya Havaçılıq İdarəsinin bu qeyri-insani yanaşmasına hüquqi qiymət verilməsini tələb etməlidir".
Ə.Əliyev söyləyib ki, Qroznı hazırda döyüş zonası hesab edilir:
"Rusiya hava sahəsini uçuşlar üçün qapalı elan etməliydi. Qroznıya sərnişin təyyarəsi göndərmək düzgün deyil. Rusiyanın hər tərəfinə uçuşlar dayandırılmalıdır".
Ə.Əliyev təyyarədə qəzanın başvermə səbəblərini də izah etdi:
"Təyyarənin vurulması nəticəsində əmələ gələn dəliklərdən salona hava axını daxil olub. Təyyarə salonunda hava yerdəki atmosferə uyğun olur ki, sərnişinlər rahat nəfəs ala bilsin. Amma dəliklərdən hava axını içəri daxil olduğundan hava balansı pozulub, sərnişinlər özlərini pis hiss etməyə başlayıb, hava balonlarından istifadə ediblər. Pilotlar təyyarəni hidromexaniki üsullarla idarə etmək məcburiyyətində qalıb. Bu, çox çətin, həddindən artıq ağır işdir".
AZAL-ın sabiq prezidenti onu da vurğulayıb ki, pilotlarımızın ustalığı və qəhrəmanlığı sayəsində təyyarə yerə endirilib və sərnişinlərin hamısı həlak olmayıb:
"Mən o kapitanı da tanıyıram, gənc pilota da dərs demişəm. Onlar peşəkar pilotlar idi. Ümumiyyətlə, Azərbaycan pilotları ağır hava şəraitində çalışmağı bacarırlar. Çox heyifslənirəm ki, bu faciə baş verdi. Amma faciəyə səbəb olanlar üzr istəməyi belə özlərinə rəva görmürlər".

DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Xəbər Lenti
Bunu etməyin - Bələdçi Aydan görün nə xahiş edib
28.12.2024
Qardaş ölkə köməyə gəldi - Türkiyə təyyarə qəzası ilə bağlı bu qərarı verdi
27.12.2024
Təyyarənin vurulduğu gün Kadırovun mükafatlandırılması vicdansızlıqdır - Sərt irad
27.12.2024
Tamilla Mehdiyeva həbs edildi - Foto
27.12.2024
Nurulla Siracovun həyat yoldaşı sağ tapıldı - Foto
27.12.2024
Azərbaycan təyyarə qəzası ilə bağlı Rusiyaya 3 tələb irəli sürdü
27.12.2024
Pilotlar bunu etməsəydi hamı öləcəkdi - Bələdçi
27.12.2024
"Qəsdən ediblər ki, təyyarə dənizə düşsün" - AZAL-ın sabiq prezidentindən sensasiyalı açıqlama
27.12.2024
Qəzada həlak olan 29 yaşlı qız tanınmış diş həkimi imiş – Foto
27.12.2024
Ruslar vurulan təyyarəni bu səbəbə görə qəbul etməyiblər - Şok sirrlər açıldı
27.12.2024
Redaktor seçimi
"Əsas zahiri görünüşdür, qadın 30 yaşı keçdisə onu..." - Aparıcı görün nələr danışdı
20.09.2024
O müğənni azərbaycanlı məşhurun gəlini imiş - Foto
09.09.2024
Zaur Günaya ad günündə belə romantik sürpriz etdi - Video
08.09.2024
Maaşları 43% artırılıb, iki mislində də əlavə edilib - Yeni deputatlar bu qədər məvacib alacaq
07.09.2024
Şuşada 32 ildən sonra keçirilən ilk toydan fotolar
07.09.2024
Hidayət Heydərova lüks hədiyyə verildi - Foto
03.09.2024
Saatı 37 min, geyimi 24 min olan azərbaycanlı məşhurlar – VİDEO
19.08.2024
Film kimi həyat hekayəsi: 40 il əvvəl boşandığı ərini qocalar evində tapdı - VİDEO
12.08.2024
Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO
19.07.2024
Dostunu bıçaqladı, həyat yoldaşı onu tərk etdi: Meyxana kralını hönkür-hönkür ağladan nə idi? - FOTO
12.07.2024