"Qaraca qız"ın Xədicəsi illər sonra - Filmin davamı çəkilə bilər - VİDEO

23 May 2024
Qaraca qiz Xedice
501

Məşhur "Qaraca qız" filmində Xədicə obrazını canlandıran Leyla Axundova filmin ikinci hissəsini çəkməyi arzulayır. 

Axşam.az xəbər verir ki, bu haqda aktrisa "Xəbərin olsun" proqramında deyib. "Qaraca qız"dan danışan L.Axundova bildirib ki, ssenari onun real həyatına yaxındır:

"Evdə tək uşaq idim. Anam da, atam da hər şeyə "yox, olmaz" deyirdi. Buna görə də rolu oynamaq mənə çətin deyildi.

"Ağca" bunun davamı ola bilər. Ulduza Qaraqız ssenarini yazmışdı. O, Türkiyədə işləmişdi. Bunu yazanda bizdə qaldı. O oxuyurdu, mən ağlayırdım. Mən öz kinoma baxmıram. Çox kövrəlirəm. Bu isə çox ağırdır. Yazıb ki, Ağca necə böyüyür, fikrindən Tutu çıxmır. Yasəmənin bir qızı olur, rəhmətə gedir, anası onu böyüdür. Qızının adını qoyur Tutu.

Çox istəyərdim ikinci hissə çəkilsin. Mən olmasam da, başqası çəkilsin. Öz pulum olsaydı, bunu reallaşdırardım".

Qeyd edək ki, "Qaraca qız" 1966-cı ildə Şamil Mahmudbəyov tərəfindən lentə alınıb.