Qadını əməliyyat edən mama-ginekoloqdan biabırçı davranış: Hamı məətəl qaldı - Video
Azərbaycanda həkim əməliyyat zamanı doğum gününü qeyd edib.
Həkim bu barədə öz "Instagram" hesabında paylaşım edib.
Görüntülərdən məlum olur ki, "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb.
Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.
Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.
Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.
Bildirilib ki, məsələ ciddi araşdırılacaq:
"Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək". / Ölkə.az