Qadın burun əməliyyatından sonra tanınmaz hala düşdü – Foto

30 Yanvar 2025
679ab117da22a202501255207
500
Estetik əməliyyatdan çıxan qadın eybəcər hala düşüb.
Braziliyanın Natal bölgəsində yaşayan qadın etdirdiyi burun estetikası ilə sosial mediada diqqət çəkib.
Bir çox istifadəçi estetik əməliyyat sonra burnunun əvvəlki vəziyyətinə nisbətən daha pis göründüyünü iddia edərək "Əvvəlki daha yaxşı idi. Estetik əməliyyat həqiqətən də riskli bir seçimdir" kimi şərhlər yazıblar.
Hadisə ilə bağlı estetik cərrahlar əməliyyat öncəsi və sonrası mərhələlərdə ətraflı araşdırma aparılmasının vacibliyini vurğulayıblar. Mütəxəssislər estetik cərrahiyyədə həkim seçimindən əməliyyatın həyata keçiriləcəyi klinikanın şəraitinə qədər bir çox faktorün nəticəyə təsir göstərdiyini qeyd ediblər. Bir estetik cərrah isə "Hər burun quruluşu və üz formasının fərqli olduğunu unutmamalıyıq. Xəstələr adətən mükəmməl nəticə gözləyir, amma bu gözləntilər həmişə realist olmaya bilər" açıqlamasını verib. / Milli.az