Putinin keçmiş sevgilisi ilk dəfə danışdı - İki uşağının anası olaraq bilinir - FOTO

16 May 2024
6645f2878d17e202405244823
259
Rusiya prezidenti Vladimir Putinin iki övladının anası olduğu iddia edilən Alina Kabayeva susqunluğunu pozub. Uzun illərdir davam edən münasibəti haqqında məlumat verməyən Kabayeva, Putinin siyasətini dəstəklədiyini bildirib.

Show.az haberler.com-a istinadən bildirir ki, Alina Kabayeva keçən həftə Putinin andiçmə mərasimində iştirak edib və onu tərifləyib:

"Xüsusi hərbi əməliyyat keçirilir, bu asan deyil, mürəkkəb prosesdir. Amma insanlar seçkilərə gəlib prezidenti və onun siyasətini dəstəkləməsi möhtəşəmdir. Biz seçicilər olaraq görürük ki, liderimiz başqa dövlətlərə yox məhz öz xalqına güvənir. Bu, bütün qələbə və zəfərlərimizin təməlidir." - deyə, o bildirib.

Qeyd edək ki, bu ilin əvvəlində “Daily Star” qəzeti Putinin iki gizli övladının anası Kabayeva ilə münasibətini kəsdiyini yazmışdı. İndi Putinin 39 yaşlı Yekaterina Mizulina ilə münasibətdə olduğu deyilir.