Prezidentin masasının üzərindəki detallar diqqət çəkdi - Foto

24 Aprel 2025
680a0b14a8951202504255740
417

Xəbər verdiyimiz kimi, Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
Müsahibə zamanı Prezidentin əyləşdiyi kreslonun yanında qoyulmuş masadakı çay, su və limon diqqət çəkib.

Belə ki, dövlət başçısının istifadəsi üçün mineral suyun işğaldan azad edilmiş Kəlbəcər rayonunda istehsal edilən “İstisu” brendinin seçilməsi, çayın armudu stəkana süzülməsi, limonun isə bütöv halda qoyulması sosial şəbəkələrdə maraqla qarşılanıb.

Bir çoxu bu seçimin simvolik mənalar ifadə etdiyini bildiriblər. / Sfera.az