Polad Həşimovun xanımına yüksək vəzifə verildi - FOTO

03 Sentyabr 2024
66d722dbda6dc202409245315
352
Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovaya yüksək vəzifə verilib.Ofelya Salmanova Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, O.Salmanova 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin riyaziyyat ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin həndəsə ixtisası üzrə magistratura təhsili alıb.

O, 2018-2021-ci illərdə müəllimlərin işə qəbulu imtahanı nəticəsi ilə Şəmkir rayonu Qaranüy kənd məktəbində riyaziyyat müəllimi, daha sonra isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində müxtəlif vəzifələrdə çalışıb.