“Özümə də qəribə gəldi ki, bu, xalq tərəfindən qəbul olundu” - VİDEO

01 May 2024
6631e1c583291202405243133
583

Aktrisa Pərvin Abıyeva formada qalmasının sirrini bölüşüb.

Show.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan aktrisa illərdir fitneslə məşğul olduğunu bildirib:

"İllərdir fitneslə məşğulam. Əslində kökəlməyə meyilli insanam. Amma 10 ildən çoxdur ki, çəkimə, yeməyimə fikir verirəm. Hazırda 53 kiloqramam. Xəmir xörəkləri yemirəm, çörək, şirniyyat, yağlı yeməklər sevmirəm".

Bir neçə gün əvvəl məclislərin birindəki ərəb rəqsi ilə gündəmə gələn Pərvin ona yazılan xoş sözlərə görə təəccübləndiyini bildirib:

"Ərəb rəqsi adətən xoş qarşılanmır, amma özümə də qəribə gəldi ki, bu, xalq tərəfindən qəbul olundu və sevildi. Xoş sözlərə görə hər kəsə təşəkkür edirəm".