Övladlarını itirən aparıcı Aynur: “Belimi qırdınız” – Ürək parçalayan görüntü - FOTO

17 May 2024
6646da31eab65202405241649
10743

Bir müddət öncə oğlunu, bir neçə gün öncə isə qızını itirən Arb Tv-nin aparıcısı Aynur Sevgi paylaşımı ilə hər kəsi göz yaşına boğub.

Show.az azxeber.com-a istinadən xəbər verir ki, aparıcı qızının yoxluğu ilə barışa bilmədiyini deyib:

“Heç ağlıma gəlməzdi ki, səninlə sonuncu şəklim çəkilir. Qardaşın getmişdi, səninlə təskinlik tapdım, toparlandım. Amma sən də getdin. Belimi qırdın. Məni məhv elədiz. Amma bir tərəfdən də rahatam ki, bu çirkab dünyadan 2 mələk göndərmişəm. İndi cənnətdə bacı-qardaş əl-ələ verib atanız və ananız üçün dua edin. Çox çalışdım səni ayağa qaldırım ay Sevgi, amma Əlidən güclü ola bilmədim. Sizi heç vaxt umutmayacam mənim mələklərim. Əli və Sevgi, ürəyimi elə kül eləmisiz ki, bu gun 1 həftədi artıq Sevgi səni qoxlaya bilmirəm, evdən səsin gəlmir”.