"Onları əlil arabasında gətirib, cibinə milyonlar qoyurlar" - Sərt tənqid

18 May 2024
66486ef72a36e202405240351
1482
Aparıcı Zaur Baxşəliyev türkiyəli ifaçıların Bakıya gətirilib konsertinin təşkil olunmasını tənqid edib.

Türkiyəli ifaçı Sərdar Ortaçın Bakıya əlil arabasında gətirilməsini xatırlayan Zaur bunları deyib:

"Camaatı əlil arabasında gətirib oxudurlar, cibinə milyon qoyurlar. Sərdar Ortaçı gətiriblər, adam yeriyə bilmir. Get otur evində-eşiyində. Bizim heç səhnəni silkələyən sənətçisinə gedib qulaq asmırlar. Onu hava limanından əlil arabasında çıxartdılar. Onların Türkiyədə erası qurtarıb, bitdi. Gedirlər, gətirirlər, yazıqdırlar. Niyə əziyyət verirsiniz?".

Qeyd edək ki, Sərdar Ortaç və İbrahim Tatlısəs Bakıya gələrkən hava limanında əlil arabasında çıxarılıblar. Onlar səhnədə də ayaqüstə durmağa çətinlik çəkib, İ.Tatlısəs oturuqlu halda mahnılarını oxuyub.  /axsam.az