"Onlara nəsə olsaydı, özümü bağışlamazdım" - İki oğlunu batmaqdan xilas edən ata danışdı - VİDEO

21 İyul 2024
669d5d3e6fdfc202407241054
1139

Bilgəh çimərliyində ata son anda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən iki oğlunu xilas edib.

Hadisə ötən gün baş verib.

27 yaşlı Tural Gülməmmədov və onun 30 yaşlı qardaşı Orxan Gülməmmədov dənizdə çimərkən qəflətən batmağa başlayıblar.

Övladlarının boğulduğunu görən ata dənizə girərək onları ölümdən xilas edə bilib.

Hər iki şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Oxu.Az bildirir ki, hadisə barədə "Xəzər Xəbər"ə danışan ata Adil Gülməmmədovun sözlərinə görə, onlara nəsə olsaydı, özünü bağışlaya bilməzdi.

Vəziyyəti yaxşı olan böyük qardaş Orxan hadisənin saniyələr içində baş verdiyini və hər şeyin anidən olduğunu deyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

10:12

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə boğulan iki qardaş ataları tərəfindən xilas edilib.

"Report"un məlumatına görə, 1997-ci təvəllüdlü Tural Adil oğlu Gülməmmədov və onun 1994-cü il təvəllüdlü qardaşı Orxan Adil oğlu Gülməmmədov dənizdə çimərkən qəflətən batmağa başlayıblar.

Övladlarının boğulduğunu görən ata dənizə girərək onları ölümdən xilas edə bilib.

Hər iki şəxs 3 saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.