Onlar bizim pilotların etdiyini bacara bilmədi: 120-dən çox insan öldü - Video
Xilas edilən 2 nəfər xaric olmaqla qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan 175 sərnişin və 6 ekipaj üzvünün çoxunun həlak olduğu bildirilir.
Sosial şəbəkələrdə təyyarənin eniş əsnasında quş sürüsü ilə toqquşduğunu göstərən kadrlar yayılıb.
İlkin versiyaya görə, qəza, quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbilə baş verib.
Ekipaj təyyarəni gövdənin üstündə endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı beton konstruksiyaya çırpılıb və nəticədə yanğın baş verib. / Apa
***
Cənubi Koreyanın Muan hava limanında baş verən təyyarə qəzasından sonrakı işlərə polis, xilasedicilər və hərbçilər daxil olmaqla 1,5 mindən çox insan cəlb edilib.
Bu barədə Koreya Respublikasının Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəza yerinə fövqəladə hallar xidmətinin 490 əməkdaşı (xilasedicilər və tibb işçiləri), 455 polis əməkdaşı, 340 hərbçi, eləcə də regional hakimiyyət orqanlarının əməkdaşları - ümumilikdə 1562 nəfər gəlib.
Muan Beynəlxalq Hava Limanında təyyarə qəzasında ölənlərin təsdiqlənmiş sayı 124 nəfərə çatıb. Hakimiyyət orqanları təyyarənin quyruq hissəsində olan iki ekipaj üzvü istisna olmaqla, bütün sərnişinlərin və ekipaj üzvlərinin (müvafiq olaraq 175 və 6 nəfər) öldüyünü ehtimal edir.
“Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yetirən yetirən “Boeing 737-800” təyyarəsi saat 9.07 radələrində Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 181 nəfər olub. / Report