"Ömrümün sonuna kimi bir ərlə yaşamaqdan bezərəm" - Pərvin

03 Avqust 2024
65f42d0139910202403241201
589

Aktrisa Pərvin Abıyeva açıqlaması gündəmə gəlib. 

Show.az axşam.az-a istinadən bildirir ki, sənətçi instaqramda canlı yayımda ailə qurmaqdan danışıb. Sualları cavablandıran Pərvin bunları deyib: "Bir kişiylə eyni evdə yaşaya bilmərəm. Özünü öldür bir ay dözərəm. Lap çox olsa, dava, qırğınla 1 il qalaram. Söz götürmürəm, normal insan deyiləm. Vaxt keçdikcə də, insanın xarakteri oturuşur. 32 yaşım var, düşünmürəm ki, hansısa kişiylə, ərlə ömrümün sonuna kimi bir evdə yaşayım. Bir insanla bir evdə yat, gəz, səhər, axşam onu gör. Bezərəm. İnsan üçün darıxmağı sevirəm. Hər gün yanımda olsa, vay".