“Oğru aləmi”nə aid mahnı oxuyan direktor işdən çıxarıldı

25 İyun 2024
667ace71ac2a2202406240433
2757

Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru işdən azad olunub.

Show.az xəbər verir ki, bu barədə Bakupost.az -a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Bildirilir ki, ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib:

"Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib".

Qeyd edək ki, sözügedən məktəbdə keçirilən "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən mahnının səsləndirilməsi barədə görüntülər yayılıb. Məktəbin direktoru Gülsəba Abbasova idi.