"Oğlum yuxuma gəlib deyir ki, ata, az iç" - Müğənnidən hər kəsi kövrəldən sözlər - VİDEO

07 İyun 2024
6662c62ca70dd202406243452
5203

Müğənni İbrahim Borçalı rəhmətə gedən oğlu Rəhimdən danışıb kövrəlib.

Show.az xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan ifaçı övladını tez-tez yuxuda gördüyünü deyib:

"Kaş subay olardım, ailə qurmazdım, yaşadıqlarımı da yaşamayaydım. Bu acını qəbullanmayacağam. Bu il dörd ili tamam olacaq. Amma elə hiss edirəm ki, sanki heç 40 gün keçməyib. Deyirəm, gülürəm, evdə də rola girirəm ki, qızım, xanımım inciməsin. Gileylənirəm ki, bunu alacaqdınsa, niyə verirdin. Yuxuma çox girir. Son vaxtlar yuxuma gəlib deyir ki, ata, az iç. Son günümə qədər bununla barışmayacağam".

İ.Borçalı bildirib ki, övladının vəfatından sonra biznesi də batıb:

"Hər şey batdı getdi. Heç nəyin yiyəsi olmadıq. Heç vecimə də deyil. İnsan hər şeydən doyarmış: yaşamaqdan da, həyatdan da".

Qeyd edək ki, Rəhim avtomobil qəzasında dünyasını dəyişib.