Oğlanın yanındakı Kəmalə Günəşlinin qızı imiş? - Polis bölməsinin yanındakı hadisə ilə bağlı iddia

01 Yanvar 2025
67757f8c1a7ad202501254652
948

"2025-ci ilin ilk günü maşınımı vuran 90-OJ-071 dövlət nömrə nişanlı "Hyundai Azera" markalı avtomobilin sürücüsü olub. Maşında bir oğlan, bir qız olublar".

Bunu hadisə nəticəsində zərər çəkən avtomobillərdən birinin sürücüsü deyib.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

O qeyd edib ki, avtomobili sürən oğlanın 17 yaşı olub.

"Mən 2 nəfəri gördüm. Deyəsən, çox adam olub, qoyub qaçıblar, Maşını gətirib 33-cü polis bölməsinə çırpıblar. Bildiyimə görə, maşındakı sərnişin tanınmış müğənni Kəmalə Günəşlinin qızıdır. Hadisə səhər saat 7-də olub. Mən öz avtomobilimi polis bölməsinin yanında saxlamışdım. Yaxşı ki, həmin vaxt maşında olmamışam, çünki iş günü olmayıb. Yüksək sürətlə gəlib maşınımı vurublar".

Avtomobilin polis bölməsinə çırpılması xəbərini ctimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında yayıb.

Hadisə bu gün səhər saatlarında Yeni Günəşli qəsəbəsində qeydə alınıb. 

Qəzanın baş verdiyi məkandan görüntü paylaşan ictimai fəal bildirib ki, avtomobil kirayə götürülüb və yüksək sürətlə idarə edilib. Maşın əvvəlcə 3-4 avtomobili vurub, daha sonra isə 33-cü polis bölməsinin divarına çırpılıb. 

Faktla bağlı müvafiq polis şöbəsində araşdırma aparılır. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hadisəyə səbəb ilkin ehtimal olaraq sürücünün idarəetməni itirməsi olub.

Faktla bağlı araşdırma aparılır. / oxu.az