“O verilişlərin aparıcılarının saxlayanı var” - Kamran Həsənlidən qalmaqallı açıqlama - VİDEO

19 Aprel 2024
Kamran
2754

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır”.

Show.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Kamran Həsənli Yenicag.az-a açıqlamasında deyib.

O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:

“Onlar kafe müğənniləri deyil, onları kimsə saxlayır. Kafedə də yaxşı müğənnilər var, amma heç yana çıxa bilmirlər, çünki pulları çatmır…

Xaricdə verilişə gələn qonağa, məşhura müəyyən qonorar ödənir, çünki kanal həmin şəxs sayəsində reklam olunur, gəlir əldə edir və həmin gəlirin də bir hissəsini qonağa verir. Bura şair, yazıçı, müğənni, digər peşə sahibləri daxildir. Əslində, bu normaldır. Adam verilişə gəlir, əziyyət çəkir, istedadını ortaya qoyur. Buan görə ona zəhmət haqqı verilməlidir. Bizdə isə əksinədir, müğənni verilişə gəlmək üçün aparıcının cibinə pul basır. Çünki efiri bazara çeviriblər. Necə ki, bazarda pomidoru pulla alırsan, efirdə də hər verilişin özünün müəyyən “məbləği” var, guya digərindən daha səviyyəli olan veriliş daha çox pul tələb edir. Çünki yaxşı hesav olunan verilişlərin aparıcılarının saxlayanı var və kiçik məbləğə razılaşmır”.