‘’O səs Özbəkistan’’ı ayağa qaldıran Azərbaycan ‘’Bayatı-Şiraz’’ı – Möhtəşəm ifa - VİDEO
Azərbaycanın məşhur muğamlarından olan ''Bayatı-Şiraz'' Özbəkistanı da sehrləyib.
Show.az musavat.com-a istinadən bildirir ki, qardaş ölkədə keçirilən ''O səs Özbəkistan'' mahnı yarışmasında gənc müğınni Dilnoza Akbarova (Əkbərova) vaxtilə Tacir Şahmalıoğlunun oxuduğu stildə ''Bayatı-Şiraz'' oxuyub. Əməkdar artist Təyyar Bayramovun oğlu Kənan Bayramovun Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalındakı ifasından sonra yeni nəfəs və yeni həyat qazanan ''Bayatı-Şiraz''ımız hazırda Türk Dünyasını dolaşmaqda və özünə heyran qoymaqdadır.
Bu ifadan da göründüyü kimi, "Bayatı-Şiraz" özbək münsifləri və tamaşaçıları da sehrləyir. Buna görə də həmin möhtəşəm video-parçanı oxucularımızın seyrinə təqdim edirik.
''Bayatı-Şiraz'' 7 əsas muğam dəstgahlarımızdan biridir. Bayatı isə türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub.
"Bayatı-Şiraz" muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman "ərusi - musiqi" ("musiqinin gəlini") adlandırılır. Üzeyir Hacıbəyov "Bayatı-Şiraz"ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə edib.
Üzeyir Hacıbəyov ''Bayatı-Şiraz'' haqqında yazır: "Bədii - ruhi təsir cəhətdən... ''Bayatı - Şiraz'' dinləyicidə qəmginlik hissi oyadır." Mirzə Fərəcin tərtib etdiyi muğam dəstgahları içərisində ''Bayatı - Şiraz'' dəstgahı 17 şöbə və guşədən ibarətdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun